İşğaldan azad edilən ərazilərə qayıdış müzakirə olundu
Əzəli yurd yerlərinə, ata-baba ocaqlarına tezliklə qayıtmaq arzusunda olan keçmiş məcburi köçkünlər indiyədək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edib, Böyük Qayıdışın təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi üçün ölkə rəhbərliyinin bütün zəruri tədbirləri görəcəyinə böyük inam bəslədiklərini söyləyiblər. Bu istiqamətdə atılan məqsədyönlü addımlar yüksək qiymətləndirilib.
Öz həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, qəhrəman oğullarımızın qanı ilə daha da müqəddəsləşən yurd yerlərinə qayıdışın mənəvi borc olduğu vurğulanıb.
Görüş iştirakçıları Kəlbəcər rayonunun digər yaşayış məntəqələri kimi Ağdaban və Çayqovuşan kəndlərinin tezliklə ordumuzun nəzarətinə veriləcəyinə, bu kəndlərin sakinlərinin geri qayıdışına şərait yaradılacağına ümidvar olduqlarını bildiriblər. Bununla əlaqədar onlar dövlətimizin başçısına müraciət ünvanladıqlarını qeyd ediblər.
Görüşdə keçmiş məcburi köçkünləri maraqlandıran məsələlərlə bağlı sualları cavablandırılıb. O cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəlişi və inkişafı üzrə qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


