Markovdan Moskva görüşünə şərh: “Bölgənin inkişafına təkan verəcək”

   Markovdan Moskva görüşünə şərh:    “Bölgənin inkişafına təkan verəcək”
  13 Yanvar 2021    Oxunub:2658
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edib.
Azvision.az -ın məlumatına görə, politoloq liderlərin görüşündə imzalanan üçtərəfli bəyanatla bağlı deyib ki, 11 yanvarda keçirilən müzakirələr razılaşmanın inkişaf etdiyini göstərir

“Rusiyalı sülhməramlıların bölgəyə gəlməsindən, qaçqın və məcburi köçkünlərin qayıdışından sonra nəqliyyat-kommunikasiya sistemi bərpa edilir. Bu, bölgənin inkişafına, çiçəklənməsinə təkan verəcək”, - deyə tanınmış politoloq vurğulayıb.

S.Markov, həmçinin qeyd edib ki, kommunikasiyaların açılması Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda iqtisadi-sosial inteqrasiyaya nail olmaq üçün vacibdir.

Azvision.az


Teqlər: SergeyMarkov  






Xəbər lenti