Yoluxanların sayı azaldı: Daha 16 nəfər vəfat etdi

  Yoluxanların sayı azaldı:  Daha 16 nəfər vəfat etdi
  13 Yanvar 2021    Oxunub:3441
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1322 nəfər müalicə olunaraq sağalıb, 474 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 225 min 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 min 120 nəfər müalicə olunaraq sağalıb, 2957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10743 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 287 min 959 test aparılıb. Bugünkü test sayı isə 8052-dir.

Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti