Putin Ərdoğanı Moskva görüşü barədə məlumatlandırdı
Qeyd edilib ki, Putin həmkarını yanvarın 11-də Moskvada keçirilmiş Azərbaycan, Ermənistan, Rusiya liderlərinin üçtərəfli görüşünün yekunları barədə məlumatlandırıb.
Söhbət əsnasında danışıqların əsas nəticələrindən birinin Azərbaycan və Ermənistan tərəfindən münasibətləri normallaşdırmaq meylinin, dinc həyatın qurulmasında əməli qarşılıqlı fəaliyyətə hazırlığın, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasının təsdiqlənməsi olduğu vurğulanıb.
“Dağlıq Qarabağ ətrafında vəziyyətin ümumi sabitləşməsini nəzərə alaraq, bu istiqamətdə bir sıra vacib addımlar barədə razılığa gəlməyi bacardıq", - deyə məlumatda bildirilib.
Ərdoğan, Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın səylərini dəstəklədiyini dilə gətirib, bölgənin iqtisadi inkişafı və qarşılıqlı faydalı layihələrin təşviqi daxil olmaqla, Rusiya ilə Türkiyə arasındakı koordinasiyanın davam etdirilməsini dəstəkləyib.
Telefon danışığında, həmçinin Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin formalaşmasının bəzi məqamlarına toxunulub.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


