Azərbaycan Kabildə səfirlik açır - SƏRƏNCAM

 Azərbaycan Kabildə səfirlik açır -   SƏRƏNCAM
  13 Yanvar 2021    Oxunub:2276
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xarici İşlər Nazirliyinə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.

Azvision.az


Teqlər: Səfirlik   Sərəncam  






Xəbər lenti