XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək

XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək
  14 Yanvar 2021    Oxunub:1524
Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə XİN başçılarının imzaladığı İslamabad bəyannaməsində qeyd olunub.

Sənədə əsasən, nazirlər üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına, eyni zamanda, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə üçtərəfli görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq veriblər.

Azvision.az


Teqlər: XİN  






Xəbər lenti