44 günlük Vətən müharibəsi ilə bağlı suallar qəbul imtahanlarına salınacaq.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Vətən müharibəsi ilə bağlı abituriyentlərin istifadə edəcəyi müəyyən məqalələr çap ediləcək.
“Bu məqalələri çap edəcəyik ki, imtahanda iştirak edən hər bir şəxs faktları əldə eldə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi o rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb. Yaxın günlərdə qəbul imtahanları ilə bağlı proqram çap olunacaq”, - deyə DİM sədri qeyd edib.
Aytən Zəhra
Azvision.az