“128 alban məbədi erməni kilsəsinə çevrilib” - Gündüz İsmayılov
“Bunun üçün onlar üç istiqamətdə iş aparıblar. Birincisi İslam məbədlərini, məscidləri, ziyarətgahları dağıdıblar. İkincisi İslam məbədlərini başqa xalqın mədəniyyətinin nümunəsi kimi təqdim edib, yəni özgəninkiləşdiriblər. Üçüncü istiqamət isə alban məbədlərinə olan münasibət idi ki, burada isə onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı”,-deyə DQİDK-nın sədr müavini əlavə edib.
Gündüz İsmayılov onu da bildirib ki, işğal altında olan 128 alban məbədinin demək olar ki hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqoryan kilsəsinə çevrilib.”
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


