Qubadlıda FHN-in yerli strukturu fəaliyyətə başladı

   Qubadlıda FHN-in yerli strukturu fəaliyyətə başladı
  15 Yanvar 2021    Oxunub:1120
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Qubadlı rayonu, Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, bundan əvvəl işğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.

Azvision.az


Teqlər: FHN   Qubadlı  






Xəbər lenti