“Peyvəndləmədə aktiv iştirak etməliyik” - Prezidentin köməkçisi

 “Peyvəndləmədə aktiv iştirak etməliyik” -  Prezidentin köməkçisi
  16 Yanvar 2021    Oxunub:1732
Peyvəndləmənin rahat şəkildə təmin edilməsi üçün mərhələli açılmalara gediləcək. Bunun üçün effektiv vaksinasiya prosesini təmin etməliyik.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, pandemiyanın bitməsi vaksinasiyadan başqa mümkün olmayacaq.

“İstənilən halda peyvəndləmədə aktiv iştirak etməliyik ki, qısa zamanda normal həyata qayıdaq. Karantin qaydalarına riayət etmək və peyvəndləməyə cəlb olunmaq mütləq şərtlərdir. Bununla pandemiyaya son qoyulacaq və son cəbhədə Azərbaycan bu mübarizədən qalib çıxacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Brifinq   Peyvənd  






Xəbər lenti