“Vaksin vurduran insan təhlükəli ola bilməz” - Yaqut Qarayeva

 “Vaksin vurduran insan təhlükəli ola bilməz” -  Yaqut Qarayeva
  16 Yanvar 2021    Oxunub:2362
Hər birimiz başa düşməliyik ki, ölkəmizdə 8-9 milyon insan hələ virusa yoluxmayıb. Bunların içərisində risk qrupunda olanlar varsa, mütləq vaksin olunmalıdırlar.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operatov Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, vaksinasiyanın əhəmiyyəti ağırlaşan xəstələrin sayının az olmasıdır.

“Bunun qarşısını almaq üçün öz məsuliyyətimizi dərk etməliyik. Biz strategiyanı açıqlayanda uşaqları və gəncləri əlavə etmədim. Hədəfimiz xroniki xəstəliyi olanlar, yaşlı şəxslərdir. Biz bu mübarizədə tibb işçilərimizi itirdik. Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır”.

Y.Qarayeva bildirib ki, vaksin vurduran insan yaxınları üçün təhlükəli ola bilməz: “Vaksin vuran kimi insanı qorumur. Bu, bütün vaksinlərə aiddir. Vaksinasiyadan bir müddət insan bədənində qoruyucu maddələr əmələ gəlməyə başlayır. Peyvənd vurulandan sonra qorunmaya ciddi əməl etməlidirlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Brifinq  






Xəbər lenti