Müəllim olmaq istəyənlərin nəzərinə: Son gündür

      Müəllim olmaq istəyənlərin nəzərinə:    Son gündür
  27 Yanvar 2021    Oxunub:1394
Yanvarın 27-də 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başa çatır.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məktəbəqədər təhsil müəssisələrində işə qəbul edilən müəllimlərin sayı açıqlanıb
Bildirilib ki, namizədlər bu gün saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq.

Azvision.az


Teqlər: Müəllim   Təhsil  





Xəbər lenti