Moskvada icazəsiz aksiya keçirənlər saxlanılır

Moskvada icazəsiz aksiya keçirənlər saxlanılır
  31 Yanvar 2021    Oxunub:2513
Rusiyanın paytaxtı Moskvada icazəsiz aksiyada iştirak edənlər saxlanılır.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt metrostansiyalarından birinin yaxınlığında daha iki aksiya iştirakçısı saxlanılıb. Onlar şəxsi əşyaları yoxlanıldıqdan sonra avtobuslara mindirilərək polis tərəfindən aparılıb.

Vətəndaşlar yalnız ərazidə yaşadıqlarını və ya işlədiklərini təsdiqləyən sənədi təqdim etdikdən sonra mərkəzə doğru buraxılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   aksiya  






Xəbər lenti