Azərbaycanla Türkiyə arasındakı anlaşma memorandumu təsdiqləndi

   Azərbaycanla Türkiyə arasındakı anlaşma memorandumu təsdiqləndi
  01 Fevral 2021    Oxunub:2615
Milli Məclisin yaz sesiyasının bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, deputatlar çıxış edərək memorandumun əhəmiyyətindən danışıb və sənədin təsdiq edilməsinin iki qardaş ölkə arasında media sahəsində əlaqələrin genişlənməsinə böyük töhfə verəcəyini qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   Memorandum  






Xəbər lenti