|
| Naxçıvanda əhali arasında qrip əleyhinə vaksinasiya aparılır |
Baş infeksionist qeyd edib ki, vaksinasiya prosesi yalnız kütləvi olduqda effekt verərək epidemik prosesin sönməsinə səbəb ola bilər:
"ÜST populyasion immunitetin əhali kütləsinin hansı hissəsində yarandığı zaman epidemik zəncirin dayanıqlı qırılacağı rəqəmin məlum olmadığını bildirir. Lakin bir çox alimlər orta hesabla bunun 70% ətrafında olmasını qeyd edirlər. Əlbəttə ki, konkret bölgədə bu saya əhalinin sıxlığı da təsir göstərir. Ona görə də əhali arasında maarifləndirmə işinin aparılması, şəxsi nümunənin nümayış olunması hazırda vaksinasiya olunmaqda tərəddüd edən əhali qruplarının prosesə cəlb olunması üçün çox önəmlidir".
T.Eyvazov vurğulayıb ki, COVID-19 infeksiyasına qarşı ən effektiv mübarizə üsulu hazırda vaksinasiyadır. "Ölkəmizdə tətbiq olunan "Coronavac" peyvəndinin effektivliyi kifayət qədər yüksək və onun təhlükəsiz olması çoxsaylı klinik tədqiqatlarda müəyyən edilib. Peyvənd olunmuş şəxsdə qoruyuculuq müəyyən vaxt çərçivəsində formalaşdığından, fərdi qoruyucu vasitələrdən əvvəlki kimi lazımı səviyyədə və düzgün istifadə olunması karantin qaydalarının yumşalma dövründə yoluxma saylarının kiçik rəqəmlərdə qalması üçün əsasdır. Əks halda, biz yenidən əvvəlki dövrlərdə olduğu kimi yoluxma saylarının artımını müşahidə edə bilərik".
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


