Ermənistan Qazax istiqamətində atəşkəsi pozdu

 Ermənistan Qazax istiqamətində atəşkəsi pozdu
  02 Fevral 2021    Oxunub:8639
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Azvision.az-a bildirilib ki, fevralın 2-də saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən DSX-nin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Azvision.az


Teqlər: Düşmən   Qazax   Atəşkəs  






Xəbər lenti