Komitə sədri bildirib ki, vaksinasiyadan keçən insanlar də qorunma tədbirlərinə bir müddət riayət etməlidir.
|
| Çində yarasalarda yeni koronavirus aşkarlanıb |
Yavaş-yavaş yumşalma tədbirəri görülür, məktəblərdə əyani tədrisə başlanılıb. Burada da özünü qoruma tədbirləri görülməli, nəzarət işi gücləndirilməlidir. İaşə müəssisələrinin sahibləri həm öz işçiləri üzərində, həm də müştəriləri üzərində daim nəzarətdə olmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ictimai nəzarət çox şeyi həll edəcək. Biz də ictimai nəzarəti nə qədər yüksək edəcəyiksə, ictimai məsuliyyətimiz nə qədər yüksək olacaqsa, o qədər vətəndaşlarımızı qorumuş olacağıq”.
M.Quliyev ölkəmizdə istifadə olunan peyvəndin koronavirusun yeni ştammları üzərində effektiv olduğunu qeyd edib: “Ştammlar insları qorxutmasın. Genetik dəyişmə bütün viruslara xasdır. Onlar bir-birindən fərqənməyəcək. Bizim vuracağımız vaksin ştammların çoxunun qarşı reaksiyasını göstərəcək, immunitet yaradacaq. Hansı ştammın olmasından asılı olmayaraq, özümüzü qorumalıyıq. Virus bizim havamızda, məişətimizdə, həyatımızda var”.
Deputatların da vaksinasiyada aktiv iştirak edəcəyini deyən M.Quliyev əlavə edib ki, onlar cəmiyyətin seçilən və məsuliyyətli nümayəndələridir:
“Deputatlar cəmiyyət üçün nümunədir. Deputatlar birinci növbədə vaksinasiya olunacaqlar. Hər kəs can sağlığını, ailələrinin, sevdiklərinin həyatını qorumalıdır. Biz təkcə özümüzü qorumuruq, həm də yaxınlarımızı müdafiə edirik. Deputatlardan tibbi fəaliyyətlə məşğul olanlar fərdi qaydada vaksinasiya olunurlar. Mərhələli şəkildə hər kəs peyvənd olunacaq”.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


