Dövlət Xidmətinin rəis müavini Qobustan qoruğunu yoxladı

Dövlət Xidmətinin rəis müavini Qobustan qoruğunu yoxladı
  13 Fevral 2021    Oxunub:1834
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Qobustan Milli Tarix- Bədii Qoruğuna səfər edib, qoruğun fəaliyyəti ilə tanış olub.
Dövlət Xidmətindən Azvision.az -a verilən məlumata görə, qoruq əməkdaşları ilə keçirilən görüş zamanı onların gələcəkdə daha keyfiyyətli iş və səmərəli nəticələrə yönəlmiş təklifləri dinlənilib.

A.Cəfərli post-pandemiya dövründə çağırışlara və gözləntilərə uyğun fəaliyyətin qurulmalı olduğunu bildirib. Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanın unikal qayaüstü təsvirləri ilə təkcə ölkə miqyasında deyil, həm də dünyanın azsaylı bənzər abidələri sırasında xüsusi yer tutduğunu vurğulayıb.

Dövlət Xidmətinin rəis müavini qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, gələcək fəaliyyət istiqamətləri və görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.

Azvision.az



Teqlər: Qoruq   Qobustan  





Xəbər lenti