“Bütün təhlükəli xəstəliklərin kökü vaksinasiya ilə kəsilib” - Baş həkim

“Bütün təhlükəli xəstəliklərin kökü vaksinasiya ilə kəsilib” -  Baş həkim
  13 Fevral 2021    Oxunub:2410
Fevralın 8-dən etibarın Göyçay rayonunda 65 və daha yuxarı yaşda sakinlərin vaksinasına start verilib. Bu qrupdan olan insanlar randevu.its.gov.az proqramında qeydiyyatdan keçməklə, növbə almaqla vaksinasiya məntəqəsinə müraciət edib, peyvənd olunurlar.
Azvision.az xəbər verir ki, bunu Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ləman Hacıyeva deyib. O qeyd edib ki, bəzən vətəndaşlar arasında yanaşı xəstəlikləri olanlarda vaksinasiyadan sonra fəsadlaşma yaranacağı barədə yanlış fikirlər səsləndirilir:

“Lakin bu kateqoriyadan olan şəxslər məntəqəyə gələrkən həkimlər onlarla görüşür, söhbətləşir, müayinə edir və peyvəndin üstünlükləri barədə izahat işləri aparırlar. Tarixən bütün təhlükəli infeksion xəstəliklərin kökü vaksinasiya ilə kəsilib. Virusa qarşı immun sisteminin yaranmasında vaksinasiya vacibdir. Yaşlı insanlar arasında izahat işləri aparırıq, peyvəndin üstünlüklərini qeyd edirik. Biz normal həyata qayıtmaq, pandemiyaya son qoymaq istəyiriksə, mütləq peyvənd olunmalıyıq”.

L.Hacıyeva qeyd edib ki, vaksinasiya məntəqəsində qeydiyyat şöbəsinin əməkdaşları insanların növbə almasına köməklik göstərir və peyvənd olunmaları üçün şərait yaradılır.

Azvision.az


Teqlər: Göyçay   Vaksinasiya  






Xəbər lenti