Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlandı - VİDEO

 Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlandı -  VİDEO
  14 Fevral 2021    Oxunub:2871
Şuşa şəhərində SSRİ xalq artisti Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib.

O xatırladıb ki, Bülbülün Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb: “Müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin üzvü Tural Zeynalov tərəfindən evin onlayn bərpası hazırlanıb.

Şuşa şəhərində olan 850-dən çox tarix və mədəniyyət abidələrinin layihə-smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanaraq, dövlət qurumlarına təqdim ediləcək”.



Azvision.az


Teqlər: Şuşa   Bülbül  






Xəbər lenti