“Paşinyanın məqsədi dövləti məhv etməkdir” - Erməni general

 “Paşinyanın məqsədi dövləti məhv etməkdir” -  Erməni general
  12 Mart 2021    Oxunub:2107
Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general Movses Akopyan Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Zəngəzur dəhlizindən yararlanmağa çağırmasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, erməni general ölkəsində yaşanan xaosun Azərbaycandan fərqli olaraq Ermənistanı başqa istiqamətə apardığını deyib:

"Unutmayın ki, Azərbaycanın istəklərindən başqa fürsətləri də var. Bəs biz? Biz heç bilmirik ki, nəyimiz var? Ümumiyyətlə, sabah, ya da birisi gün erməniləri dünyada bir millət olaraq xatırlamaya bilərlər. Millətimizin hazırkı durumu bu qədər acınacaqlıdır".

Qasparyanın həbsinə hazırlıq görülür
O, həmçinin jurnalistin ölkə gündəminə dair suallarını da cavablandırıb. Akopyan "Onik Qasparyan günahkar saydığı Paşinyanı dövlətə xəyanətdə ittiham edirsə, niyə onu həbsə atdırmadı?" sualına "Onikin belə bir gücü yoxdur. Baş qərargah rəisinin baş naziri həbs etməyə səlahiyyəti çatmır" deməklə cavab verib.

Movses Akopyan Qasparyanı əvəz edəcək yeni namizəd Artak Davtyan haqqında da fikirlərini bölüşüb:

"Baş qərargaha yeni rəisin təyin edilməsi baş nazirin ordunu məhv etmək məqsədindən inadla geri çəkilməməsi deməkdir. O, istənilən yolla ordunun dağıdılması prosesini gücləndirməyə gedir. Onun üçün bu, artıq bir xəstəlikdir. Bu gün dövlət başçısının apardığı siyasət fəlakətlidir. Artak Davtyan ordunu müharibəyə hazırlaya bilməməkdə günahkar sayılır. Müharibə zamanı isə o günahkar deyildi. Davtyanla baş nazirin əsas məqsədi Silahlı Qüvvələri, dövləti məhv etməkdir. Deyə biləcəyim yalnız budur. Belə bir templə irəliləsələr, ölkəmizdən yaxşı şeylər gözlənilmir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qasparyan   Akopyan   Erməni  



Xəbər lenti