“İndiyədək 460 minə yaxın şəxs vaksinasiya olunub” - Əli Əsədov
Baş nazir bildirib ki, ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması təmin edilib, modul tipli xəstəxanalar yaradılıb, o cümlədən xarici ölkələrdən tibbi personal dəvət edilib.
Ə.Əsədov qeyd edib ki, ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri 644 milyon manat təşkil edib.
"Koronavirusla Mübarizəyə Dəstək Fonduna 114 milyon manat toplanılıb və fondun maliyyə vəsaiti hesabına vaksinlər alınaraq ölkəmizə gətirilib. Bu günə qədər 460 minə yaxın vətəndaş vaksinasiya olunub".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Baş-nazir Hesabat MM Vaksinasiya







Vaxtında, Aydın, Lazımlı!


