“İMZA”-da yeni təyinat

“İMZA”-da yeni təyinat
  16 Mart 2021    Oxunub:3151
“İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub.
Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin Azvision.az -a verdiyi məlumata görə, Nazim Bayandurov İsmayıloviç “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

N.Bayandurov 1977-ci ildə Qazaxıstan Respublikasının Çimkənd vilayətində anadan olub. Azərbaycana köçdükdən sonra Bakı şəhəri 163 saylı orta məktəbində oxuyub. Daha sonra 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2001-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Keyfiyyət üzrə Dövlət Müfəttişliyində müfəttiş, 2010-2011-ci illərdə Azqaz Servis MMC-də istismar üzrə mühəndis, 2011-2012-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində şöbə müdiri, 2018-2019-cu illərdə Ticarət və Sənaye Palatası Azərekspertiza Birliyində ekspert, 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifələrində çalışıb. Ana dili ilə yanaşı, rus, ingilis və türk dillərini də bilir. Ailəlidir, üç övladı var.

Azvision.az



Teqlər: İMZA   Təyinat  






Xəbər lenti