“Dünya tarixində belə vəhşilik olmayıb” - İlham Əliyev

 “Dünya tarixində belə vəhşilik olmayıb” -    İlham Əliyev
  17 Mart 2021    Oxunub:2485
“Bura Pənahəli xan sarayı olub. Şuşanı quran Pənahəli xan burada özü üçün saray tikdirib. İndi görün ermənilər nə günə salıblar bu sarayı?"

Azvision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şuşaya səfəri zamanı Pənahəli xanın sarayının qalıqları olan ərazidə çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələri dağıdıb, söküb, vandallıq, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər.

Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa-dayaq olan qüvvələr gəlsinlər, görsünlər ermənilər burada nə edib. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində belə, buna oxşar vəhşilik, bəlkə də olmayıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Şuşa  






Xəbər lenti