Keçmiş məhkumun evindən marixuana çıxdı
Davam etdirilən araşdırmalarla E.Haqverdiyevin şəhər ərazisindəki yaşadığı evdən, eləcə də əvvəllər yaşadığı Alaçadırlı kəndindəki evdən və onun üzərindən müxtəlif qablaşdırmalarda 2 kiloqram 300 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum edilmiş Tofiq Qurbanov saxlanılıb.
Onun Alaçadırlı kəndində yaşadığı ünvana və üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


