Qədim alban məbədində erməni saxtakarlığı - FOTOLAR

Qədim alban məbədində erməni saxtakarlığı -  FOTOLAR
  17 Mart 2021    Oxunub:5974
Tuğ Azərbaycanın nadir kəndlərdəndir ki, bura həm qədimliyi, həm də mədəni dəyərləri ilə seçilir. İşğal dövründə kəndin ərazisində azərbaycanlılara məxsus tarixi abidələr, məscidlər və qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə məhv edilib.
Bununla yanaşı erməni vandalları Tuğdakı tarixi abidələrimizi saxtalaşdırmağa çalışıblar. Onlar bu məqsədlə kənddə yerləşən qədim alban məbədini kilsəyə çeviriblər.



Tuğ sakinləri Azvision.az-a bildiriblər ki, həmin məbəd bir müddət mədəniyyət evi kimi istifadə edilib. Onların sözlərinə görə, ermənilər kənddə azərbaycanlılara məxsus tikililəri dağıdaraq, tarixi faktları saxtalaşdırmağa çalışıblar.

Alban məbədinin ərazisindəki daşlar sonradan düzəldilərək buraya gətirilib. Ermənilər yalançı qəbiristanlıq salmaqla, Tuğun guya qədim erməni kəndi olduğunu göstərmək istəyiblər.



Kənd sakini Nizami Hüseynov bizimlə söhbətində ermənilərin saxtakarlığını ifşa edib. Uşaqlığı bu yerlərdə keçən N.Hüseynov 30 il sonra doğma kəndinə baş çəkərək, oradakı vəziyyətlə tanış olub.

"Uşaqlığımız bu yerlərdə keçib. Buranın hər daşına, torpağına bələdik. Alban abidəsinin ərazisində o vaxt belə daşlar yox idi. Bunların hamısını ermənilər işğal dövründə gətiriblər. Alban məbədini erməniləşdiriblər. Çalışıblar ki, bizim izimizi silsinlər. Məbədin üzərinə sonradan xaç çəkilib. Binaya baxanda görmək olar ki, sonradan təmir olunub. Ermənilər bununla özlərinə saxta tarix yaratmağa çalışıblar. Lakin hər kəs yaxşı bilir ki, Tuğ Azərbaycan kəndi olub" , - deyə N.Hüseynov vurğulayıb.



Qeyd edək ki, 1991-ci ilin oktyabrın 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Tuğ kəndi 2020-ci il noyabrın 9-da Müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub.

Bu yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağa növbəti səfərləri zamanı Tuğ kəndində olublar. Tuğda Alban məbədini ziyarət edən ölkə başçısı deyib:

"Bunlar növbəti erməni saxtakarlığıdır. Sonradan gətirilmiş daşlardır. Bu məbədə heç bir aidiyyəti yoxdur. Bura qədim Alban məbədidir. Bu məbəd də udi qardaşlarımıza qaytarılacaqdır. Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq".



















Anar Kəlbiyev
Azvision.az


Teqlər: Xocavənd   Tuğ   Kənd   Alban   Məbəd  






Xəbər lenti