“Doğum günündə ona fərqli hədiyyələr verirdim” - Şəhid mayorun xanımı

 “Doğum günündə ona fərqli hədiyyələr verirdim” -  Şəhid mayorun xanımı
  17 Mart 2021    Oxunub:6902
Bu gün Hərbi Hava Qüvvələrinin şəhid mayoru, hərbi pilot Abbas Qasımovun doğum günüdür. Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən pilot yaşasaydı, 35 yaşını qeyd edəcəkdi.
Şəhidin xanımı Siddiqə Qasımova Azvision.az-a bildirib ki, həyat yoldaşının 35-ci doğum gününü məzarı başında qeyd ediblər.

"Son iki ildə doğum gününü ezamiyyətdə olduğundan rayonda keçirmişdi. İş yoldaşları ilə birgə qeyd etmişdilər. Bakıda olanda isə qohumları bizə gələrdi, böyük süfrə açardıq. Ad günlərində çox sevincli olurdu.

30 illik yubileyini təmtəraqla qeyd etmişdik. Xeyli qonaqlarımız var idi. Hər doğum günündə fərqli hədiyyələr verirdim. İndi onların hamısı Abbasdan yadigar qalıb.

Bu gün ailəmiz onu məzarı başında andı. Tanıyan və ya tanımayan hər kəs, iş yoldaşları da Abbasın qəbrini ziyarət etdi", - deyə şəhidin xanımı S.Qasımova söyləyib.







Şahanə Rəhimli
Azvision.az


Teqlər: Pilot   şəhid   AbbasQasımov  






Xəbər lenti