“Ərazi bütövlüyü bizim üçün əhəmiyyətlidir” - Slovakiyalı nazir

 “Ərazi bütövlüyü bizim üçün əhəmiyyətlidir” -   Slovakiyalı nazir
  17 Mart 2021    Oxunub:1724
Ərazi bütövlüyü prinsipi Slovakiya üçün əhəmiyyətlidir.
Azvision.az xəbər verir ki, bunu Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok Bakıda həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu, ölkənin xarici siyasət strategiyasında əksini tapıb və Azərbaycana münasibətdə də belədir.

“Münaqişənin həlli hər iki icmanın dinc yanaşı yaşamasını təmin etməlidir. Biz keçən il noyabr ayında Qarabağda atəşkəs bəyanatının imzalanmasını yüksək qiymətləndiririk".

Korçak ölkəsinin etimad yaratma tədbirlərində iştirakda maraqlı olduğunu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Slovakiya  






Xəbər lenti