Milli Qəhrəmanın qardaşı: “Şükürün kostyumunu da muzeyə verdim”

  Milli Qəhrəmanın qardaşı:  “Şükürün kostyumunu da muzeyə verdim”
  17 Mart 2021    Oxunub:3857
“Tarix Muzeyindən bizə Şükürün şəxsi əşyalarının təhvil verilməsi ilə bağlı təklif gəldi, biz də bunu müsbət qarşıladıq”.
Bunu Azvision.az -a Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun qardaşı Əsəd Həmidov deyib.

O, şəhidə məxsus hansı əşyaların AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verildiyini də açıqlayıb: “Şükürə məxsus bir dəst kostyum, bir hərbi forma, botinka, əlcək, kəmər, papaq və aldığı fəxri fərmanların hamısının sürətlərini çıxarıb muzeyə təhvil verdim”.

Qeyd edək ki, II Fəxri xiyabanda dəfn edilən Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində fərqlənib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Vətən müharibəsindəki şücaətlərinə görə, "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ŞükürHəmidov  






Xəbər lenti