Şuşada DOST mərkəzinin filialı açılacaq

 Şuşada DOST mərkəzinin filialı açılacaq
  19 Mart 2021    Oxunub:2471
Şuşada DOST mərkəzinin filialı açılacaq. Bundan əlavə, "Qarabağ dost proqramı” çərçivəsində Cəbrayıl və ya Füzilidə DOST mərkəzinin açılması planlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, həmçinin Abşeron rayonu üzrə də DOST Mərkəzi açılacaq. Həmin mərkəz Xırdalanda fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: DOST   Qarabağ  






Xəbər lenti