Kursant Hərbi-Elmi Cəmiyyətinin 16-cı konfransı keçirilib

Kursant Hərbi-Elmi Cəmiyyətinin 16-cı konfransı keçirilib
  19 Mart 2021    Oxunub:1704
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin elmi iş planına əsasən Kursant Hərbi-Elmi Cəmiyyətinin 16-cı elmi-praktiki konfransı keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, konfransın məqsədi hərb elmini kursantlara təbliğ etmək, onların sərbəst fikir mübadiləsi aparmaq bacarıqlarını təkmilləşdirmək, hərb nəzəriyyəsinin və praktikasının aktual məsələlərini müzakirə etmək, eləcə də aparılan tədqiqatların hərb elminin inkişafında rolu barədə konfrans iştirakçılarını məlumatlandırmaqdan ibarət olub.

Konfransda kursantların məruzələri dinlənilib, aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Kursant   Hərbi   Elmi-cəmiyyət  






Xəbər lenti