“Ad günü keçirmək qadağandır” - Prezidentin köməkçisi

“Ad günü keçirmək qadağandır” -  Prezidentin köməkçisi
  19 Mart 2021    Oxunub:2440
Hazırkı yoluxma sayı ilə kütləvi tədbirlərin keçirilməsinə icazə verilə bilməz
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, hazırda ad günü məclisləri keçirmək qadağandır: “Toy və ad günü mərasimlərinin keçirilməsi qadağandır. Kimsə bunu edirsə, qaydaları pozur".

Ş. Mövsümov, həmçinin sərnişin avtobuslarındakı sıxlıqla bağlı suala da cavab verib.

“İctimai nəqliyyat fəaliyyət göstərən günlərdə sərnişinlərin ondan istifadəsi qadağan deyil. Lakin hansısa polis əməkdaşı deyirsə ki, “sıxlaşın, iki nəfər də minsin”, əlbəttə, o düz etmir", - deyə Prezidentin köməkçisi bildirib.

Azvision.az


Teqlər: Toy   Ad-günü   Məclis  






Xəbər lenti