Nazirlik yanında İctimai şuraya təkrar seçkilər keçiriləcək

Nazirlik yanında İctimai şuraya təkrar seçkilər keçiriləcək
  19 Mart 2021    Oxunub:2702
Seçki Komissiyasının 2021-ci il 19 mart tarixli qərarı ilə martın 30-da saat 11:00-dan 13:00-dək Energetika Nazirliyi yanında İctimai şuraya boş qalan yerlər üçün təkrar seçkilər keçiriləcək.
Nazirlikdən Azvision.az -a bildirilib ki, seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən qeyd olunmuş tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evi inzibati binasının 5-ci qapısına yaxınlaşmaları və seçki günü mövcud karantin rejiminin tələblərinə ciddi riayət etmələri xahiş olunur.

Qeyd edək ki, cari il martın 18-də Energetika Nazirliyi yanında İctimai şuraya keçirilmiş seçkilərin nəticələrinə görə, cəmi bir nəfər yetərli səs toplayıb. İctimai şuranın üzvlərinin say həddi isə 7 nəfərdir.

Azvision.az


Teqlər: Nazirlik   Seçki  






Xəbər lenti