Koronavirusa yoluxanların sayı 123 milyonu keçdi
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 722 min 109 nəfərdir. İndiyədək 99 milyon 421 min 456 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
İkinci sırada yer alan Braziliyada pandemiya dövründə 11 950 459 nəfərdə virus aşkar edilib. Xəstələrdən 292 856 nəfəri həyatını itirib.
Üçüncü sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 599 130 yoluxma qeydə alınıb. Onlardan 158 483 nəfəri vəfat edib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 4 447 570 yoluxma, 94 659 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Böyük Britaniyada 4 291 271 nəfər virusa yoluxub ki, onlardan 126 122-si ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


