Polis əməkdaşları şəhid ailələrini ziyarət edib

Polis əməkdaşları şəhid ailələrini ziyarət edib
  22 Mart 2021    Oxunub:1932
Novruz bayramı münasibəti ilə Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini ziyarət edib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları bayram münasibətilə şəhid ailələrini təbrik ediblər, onlara bayram sovqatları təqdim olunub.

Ziyarət zamanı şəhidlərimizin şücaəti və mərdliyi xatırlanıb, qəhrəmanlarımızın heç vaxt unudulmayacağı və daima yaddaşlarda yaşayacığı qeyd olunub. Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Azvision.az


Teqlər: DİN  






Xəbər lenti