Ukraynalı jurnalist: Qarabağ müharibəsində qələbənin adı İlham Əliyevdir
Reportajda dövlət başçısının 44 günlük müharibədə həyata keçirilən uğurlu hərbi əməliyyatlarına dair sitatlarına, tətbiq edilən müasir silahlar barədə məlumatına yer ayrılıb.
R.Boçkala vurğulayıb ki, baxmayaraq mətbuat konfransı koronavirusa görə onlayn rejimdə keçirildi, ancaq Prezident İlham Əliyevin bütün suallara ətraflı, faktlara, rəqəmlərə söykənən cavabı onu heyrətləndirdi. Bütün bunlar Azərbaycan Prezidentinin ölkənin hər bir hadisəsinə ciddi nəzarət etdiyini bir daha göstərdi. Jurnalist qeyd edib ki, bununla Azərbaycanın gözəl gələcəyinin olacağı və hər bir prosesin nəzarətdə olduğu göz qabağındadır.
Ukraynalı hərbi jurnalist Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olaraq, oradan real vəziyyət haqqında da xüsusi reportaj yayımlayıb.
Azvision.az
Teqlər: Ukrayna Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


