FHN: Ötən gün 15 yanğına çıxış olub

   FHN:    Ötən gün 15 yanğına çıxış olub
  24 Mart 2021    Oxunub:1004
Son sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 15 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların xilas olunması təmin edilib. Sutka ərzində 3 nəfər xilas edilib, 1 nəfərin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Azvision.az



Teqlər: FHN   Yanğın  






Xəbər lenti