Rusiya daha 8 müəssisəyə pomidor idxalına icazə verib

Rusiya daha 8 müəssisəyə pomidor idxalına icazə verib
  24 Mart 2021    Oxunub:1041
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 8 müəssisəsindən pomidor idxalına icazə verib.
Azvision.az xəbər verir ki, məhsul martın 24-dən Rusiyaya idxal edilməyə başlayacaq. Bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə aparılan yoxlamalardan sonra verilib.

Xatırladaq ki, Azərbaycandan Rusiyaya pomidor və alma idxalına ötən il dekabrın 10-dan qadağa qoyulmuşdu. Qadağaya səbəb isə məhsullarda zərərvericilərin aşkar olunması idi.

Azərbaycan Rusiyanın ən böyük pomidor ixracatçısıdır. Ölkəyə gətirilən pomidorun 40 faizi Azərbaycanın payına düşür.

Azvision.az





Teqlər: Azərbaycan   Rusiya  






Xəbər lenti