Qanunsuz idman zalı işlədənlər cərimələndi

Qanunsuz idman zalı işlədənlər cərimələndi
  24 Mart 2021    Oxunub:3663
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən 3-cü məhəllənin ərazisində yerləşən idman trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.

İdman zalının sahibi, şəhər sakini R.Rəcəbov və zalda olan 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Azvision.az




Teqlər: DİN   Koronavirus  






Xəbər lenti