Gündəlik yoluxma 1700-ü keçdi, 24 nəfər öldü

Gündəlik yoluxma 1700-ü keçdi,  24 nəfər öldü
  26 Mart 2021    Oxunub:3143
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Ölkəmizdə indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3445 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 14 342 nəfərdir.

Son sutka ərzində 8923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti