FHN köməksiz qalan şəxsi xilas etdi

FHN köməksiz qalan şəxsi xilas etdi
  27 Mart 2021    Oxunub:2127
Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Azvision.az




Teqlər: FHN  






Xəbər lenti