Fransalı jurnalist: Vatikan Bakının tarixi tərəfdaşıdır
Məqalə müəllifi 44 günlük müharibədən, Azərbaycanın 27 ildən çox müddətdə erməni işğalında olan ərazilərini azad etməsindən yazıb. Vurğulanır ki, işğal olunmuş 7 rayonda Ermənistan tərəfindən 63 məscid dağıdılıb.
Müharibədən sonra Azərbaycanın vəziyyətdən istifadə edərək, xristian tikililərinə ziyan verə biləcəyinə dair çoxlu “narahatçılıq” olmasından söz açan jurnalist əslində bunun üçün heç bir əsas olmadığını yazır. “Bəs Azərbaycanın dağıdılmış irsindən kim danışır”,-deyə müəllif işğal dövründə ərazilərimizdə tarixi və mədəni irsimizin ermənilər tərəfindən dağıdıldığını, azad edilmiş ərazilərimizdəki tarixi və mədəni irsimizə, şəxsi evlərə, məscidlərə dəymiş ziyanın qiymətləndirilməsi üçün UNESCO missiyasının dəvət olunduğunu diqqətə çatdırıb.
Qeyd edilir ki, Qarabağın mədəni irsi təkcə kilsələrdən ibarət deyil. Qarabağdakı sinaqoqlar, Zərdüşt məbədləri, eləcə də bu ərazilərdəki arxeoloji, qədim qazıntı məkanları da tarixi və mədəni irs abidələridir və onlar da qorunub saxlanılmalıdır.
Yazıda Azərbaycanın tarixən çox etnikli və çox icmalı ölkə olduğu vurğulanıb. Ölkəmizdə xristian və yəhudilərlə həmişə xoş münasibətlər olduğu göstərilib.
Məqalədə Roma papaları II İoann Pavelin 2002-ci ildə, Fransisin 2016-cı ildə Bakıya səfərlərindən yazılıb. Azərbaycandakı dini tolerantlıqdan, xristian və yəhudi icmaları ilə daim mehriban münasibətlərdən söz açılıb. Vatikanın ölkəmizdəki dini tolerantlığı dəfələrlə yüksək qiymətləndirdiyi diqqətə çatdırılıb.
Azvision.az
Teqlər: Vatikan Azərbaycan Fransa







Vaxtında, Aydın, Lazımlı!


