“Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb” - Deputat
Onun sözlərinə görə, Birinci Dünya müharibəsindən sonra Versal müqaviləsi imzalanıb: “Müqavilənin tələblərinə görə, Almaniya təzminat ödəməli idi. Bu müqavilədə bir sıra maddələr müzakirəyə səbəb olurdu. Çox böyük müzakirələrdən sonra Almaniya bu müqaviləni ratifikasiya etdi. Həmin dövrdə dəymiş ziyanın ödənilməsi birbaşa sülh müqaviləsindən irəli gələn məsələ idi. BMT çərçivəsində də bununla bağlı müəyyən təcrübələr mövcuddur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı BMT çərçivəsində bizim müəyyən hüquqi səlahiyyətlərimiz var. Yəqin ki, bununla bağlı müraciətlər edəcəyik".
Deputat qeyd edib ki, artıq Ermənistan Azərbaycana dəymiş ziyanın ödənilməsinə başlayıb:
"Üçtərəfli bəyanata əsasən, Ermənistanın işğaldan azad edilmiş ərazilərdən öz qoşunlarını çıxarması dəymiş ziyanın ödənilməsinin bir hissəsidir. Dəymiş ziyanın ödənilməsinin 3 forması var: Dəymiş ziyandan öncə mövcud olan vəziyyətin bərpası, ikinci kompensasiya, üçüncü beynəlxalq hüquqa zidd hərəkət edən dövlətin üzr istəməsi. Artıq Ermənistan bunun birinci formasını həyata keçirib. Beynəlxalq hüquqi müstəvidə bunu edib. Kompensasiya məsələsi ilə bağlı da dövlətimiz lazımi addımları atır”.
Azvision.az
Teqlər: Deputat Nizami-Səfərov







Vaxtında, Aydın, Lazımlı!


