Naxçıvanda aqrar sektora dair Dövlət Proqramı təsdiqləndi
Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunmasına, istehsal olunan məhsulların ixrac potensialının artırılmasına, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulmasına yol açacaq.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Qəbul olunmuş Dövlət proqramları aqrar sahədə məhsul istehsalının həcmini artırıb, əkin sahələri genişlənib, torpaq mülkiyyətçiləri, fermerlər və ailə təsərrüfatçıları formalaşıb, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunub. Kənd təsərrüfatında məhsul istehsalının artması emal sənayesinin inkişafına da təkan verib, ixrac potensialı formalaşıb. Yeni Dövlət Proqramı ötən dövrdə bu sahədə qazanılmış müsbət nəticələrin davamlılığını təmin edəcək.
Azvision.az
Teqlər: Naxçıvan Aqrar Sektor Dövlət Proqram







Vaxtında, Aydın, Lazımlı!


