“Bu dəfə uşaqlar xəstəliyi daha ağır keçirir” - Türkiyəli professor

 “Bu dəfə uşaqlar xəstəliyi daha ağır keçirir” -  Türkiyəli professor
  30 Mart 2021    Oxunub:4919
COVID-19-un üçüncü dalğasının yaşandığı Türkiyədə virusa yoluxanların sırasında uşaqların da sayı artmağa başlayıb. Virusun "Britaniya ştammı"nın xüsusilə 0-9 yaş arası uşaqlara daha çox təsir etdiyi deyilir.
Azvision.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə İstanbul Tibb Fakültəsinin uşaq yoluxu xəstəliklər və klinik immunoloji bölməsinin professoru Ayper Somer bildirib.

Onun sözlərinə görə, son 2-3 həftə ərzində xəstəxanaya yerləşdirilən uşaqların sayı artıb.

“Bu dəfə uşaqlar xəstəliyi daha ağır keçirirlər. Həm də sağalandan sonra onlarda Mis-C sindromu ortaya çıxır ki, bu da daha çox ürəyə təsir edir. Ürəyin əzələ iltihabı miokarda səbəb olur. Son günlər yüksək qızdırma və belə problemlə müraciət edən uşaqların sayında artım var. Uşaqlarda koronavirus səbəbindən ürək xəstəliklərində artım yaşanacaq”, - deyə professor qeyd edib.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  






Xəbər lenti