Ötən il qazdan qeyri-qanuni istifadə ilə bağlı 50 min fakt aşkarlanıb

Ötən il qazdan qeyri-qanuni istifadə ilə bağlı 50 min fakt aşkarlanıb
  31 Mart 2021    Oxunub:1428
2020-ci ildə Azərbaycanda qazdan qeyri-qanuni istifadə, kənar müdaxilə ilə bağlı 50 min fakt aşkarlanıb.

Bu barədə Azvision.az -a açıqlamasında “Azəriqaz” İstehalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.Qurum rəhbərinin sözlərinə görə, 2019-cu ildə kənar müdaxilə halları 60 min olub.
“Kənar müdaxilə dedikdə bura sayğacdan kənar qoşulma, sayğaca müdaxilə, abonent olmayaraq yaxındakı qaz kəmərlərinə qoşulma və digər hallar aiddir. Hər il rəqəmlərdə azalma müşahidə edilir və ümid edirik ki, bu il daha az göstərici olacaq. Lakin burada təkcə "Azəriqaz" deyil, insanlar da yardım etməlidir. İctimai qınaq olarsa, belə hallar daha tez aşkarlanar və faiz etibarı ilə belə müdaxilələr sıfıra yaxınlaşar".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azəriqaz  






Xəbər lenti