Dünyaya çağırış: Erməni cinayətlərinə laqeyd qalmayın! - VİDEO
Dünyanı erməni cinayətlərinə laqeyd qalmamağa çağıran Leyla Şərif BMT və ATƏT-ə müraciət edərək, onların niyə ermənilərin törətdikləri cinayətlərə səssiz qaldıqlarını sual edib.
“Siz məni qorumaq üçün nə etdiniz?”, - deyə qeyd edilən materialda ermənilər tərəfindən azərbaycanlı uşaqların, qadınların Xocalıda amansız işgəncələrə məruz qaldıqları, hamilə qadınların qarınlarının yarıldığı, uşaqların kor edildiyi, lakin heç kimin səsini çıxarmadığı vurğulanıb.
Ermənilərin təkcə Xocalıda deyil, Azərbaycanın digər ərazilərində də cinayətlər törətdikləri qeyd edilib: “30 il sonra Gəncə şəhərində gecəyarı raket hücumu nəticəsində 20-dən çox günahsız insan öldürüldü. Lakin siz yenə də bunu görmürsünüz”.
Videomüraciətdə artıq səssizliyə son verməyin vaxtının çatdığı deyilib: “Siz həqiqətən sülhün tərəfindəsinz, yoxsa Azərbaycan sadəcə sizin siyahıda deyil?”.
Xatırladaq ki, videomaterialda Xocalı soyqırımında həlak olanlar, yaralılar, itkin düşənlər barədə məlumat verilib, ermənilərin bu hadisəni törətdikdən sonra necə şənləndiyi, həmçinin, beynəlxalq mətbuatda dərc edilən məqalələr barədə sitatlar gətirilib.
Azvision.az
Teqlər: Xocalı-soyqırımı Videomüraciət Erməni-vəhşilikləri







Vaxtında, Aydın, Lazımlı!


