Zaqatalada məclis təşkil edənlər cərimələndi

Zaqatalada məclis təşkil edənlər cərimələndi
  31 Mart 2021    Oxunub:1410
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı Əliabad qəsəbəsindəki fərdi yaşayış evində yığıncaq təşkil olunduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb və məclisi təşkil edən 5 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.



Azvision.az


Teqlər: Zaqatala   Məclis   Cərimə  






Xəbər lenti