"Mina xəritələrinin verilməməsi işləri çətinləşdirir" - ANAMA əməkdaşı

   "Mina xəritələrinin verilməməsi işləri çətinləşdirir" -    ANAMA əməkdaşı
  31 Mart 2021    Oxunub:1994
Erməni işğalından azad olunmuş ərazilərin indiyədək 3 milyon 600 min kvadratmetrdən çoxu minalardan təmizlənib.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz inzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə bu günədək 4224 ədəd piyada əleyhinə, 1181 ədəd tank əleyhinə mina, həmçinin 2064 ədəd partladıcı, 300 ədəd bombacıq aşkarlanıb. O bildirib ki, minatəmizləmə əməliyyatları davam edir.

M.Məmmədov qeyd edib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsi təmizləmə işlərini çətinləşdirir.

Azvision.az


Teqlər: Mina   Təmizləmə   Xəritə  






Xəbər lenti