“Virusla bağlı proqnozların çoxu özünü doğrultmur” - Professor

 “Virusla bağlı proqnozların çoxu özünü doğrultmur” -  Professor
  01 Aprel 2021    Oxunub:3887
Virusla bağlı verilən proqnozların çoxu özünü doğrultmur. Koronavirusun təbii və ya süni virus olduğunu birmənanlı deyə bilmirik. Çünki əlimizdə əsas yoxdur. Fakt odur ki, COVID-19 virusunun mutasiya prosesi davam edir.
Bunu Azvision.az -a Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, hələ virus tam zəyifləyib, sıradan çıxmayıb.

“RNT tərkibli virusların əsas xüsusiyyəti daim mutasiya olunmaqdır. Qripin 2 mindən çox ştammı var. İndiyə qədər onun kökü kəsilməyib və hələ də mövcuddur. Koronavirusun 4 növü qeydə alınıb. Təhlükəli formaları SARS 1, MERS və SARS 2-COVID19-dur. Hazırda koronavirusa qarşı vaksinasiya prosesi gedir".

A.Qeybulla bildirib ki, hər şeyin sonu olduğu kimi koronavirusun da sonu olacaq: "Lakin virusun davam etmə müddətinin bu qədər uzanacağını heç kim düşünmürdü və proqnoz vermək çətin idi. İstənilən halda bütün dünyada kütləvi vaksinasiya gedir. Yoluxan insanlarda immunitet formalaşır və bu da kollektiv immunitetə gedən yolu qısaldacaq. Hesab edirəm ki, bu çox da uzanmaz".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Mutasiya  






Xəbər lenti